Sevinc, maraq və özünəinamla başlayan təhsil yolu

Kipinä-da hər bir uşağa fərdi yanaşılır. Təcrübəli və peşəkarmüəllimlərin rəhbərliyi ilə uşaqlar maraqla öyrənir, qayğıkeş və təhlükəsiz mühitdə inkişaf edir, özünəinamla gələcəyə hazırlaşırlar.

Qeydiyyat

Finlandiya təhsil yanaşması ilə övladınızın gələcək bacarıqlarını bu gündən formalaşdırın

İlhamverici öyrənmə mühiti, peşəkar pedaqoqlar və innovativ təhsil proqramları ilə övladınızın yaradıcılıq, tənqidi düşünmə, əməkdaşlıq və problem həll etmə bacarıqlarını inkişaf etdiririk. Məqsədimiz sadəcə öyrətmək deyil, ömürboyu davam edən öyrənmə sevgisi yaratmaqdır.

Kampuslarımız

Mərkəz Kampusu

Bakının mərkəzində yerləşən kampusumuz 2019-cu ildən fəaliyyət göstərir.

Əlaqə

Badamdar Kampusu

Badamdarda açılacaq yeni kampus 2026-cı ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

Əlaqə

Valideynlərin etibarını qazanan təhsil mühiti

Valideynlər Kipinä-nı yalnız verilən vədlərə görə deyil, keyfiyyətə və nəticələrə görə seçirlər. Onlar övladlarının təhlükəsiz, qayğıkeş və dəstəkləyici bir mühitdə olduğunu, eyni zamanda öyrənib inkişaf etdiyini aydın şəkildə görmək istəyirlər. Qlobal şəbəkəmizdəki ailələr sorğular zamanı davamlı olaraq aşağıdakı sahələrdə bizi yüksək qiymətləndirirlər: Təhlükəsizlik, hörmətə əsaslanan qayğıkeş mühit, hərtərəfli inkişaf, şəffaf və etibarlı ünsiyyət Bu etibar reklam və vədlərlər deyil ,güclü sistemlər, peşəkar hazırlıq, yüksək standartlar və şəffad fəaliyyər nəticəsində qazanılır.

94%
94% Ümumi məmnuniyyət
94%
94% Təmizlik
100%
100% Hörmət və ədalətli münasibət
93%
93% Təhlükəsizlik

Valideynlərimiz danışır

★★★★★

Mən uşaq bağçasından məmnunam və Otto burada xoşbəxtdir. Mən oyun fəaliyyətlərinin müxtəlifliyini və oxu-yazı bacarıqlarına diqqəti, həmçinin müəllimlərin səlis ingilis dili ünsiyyətini bəyənirəm. Yeməklər dadlı və keyfiyyətlidir, uşaqlara isə çox mehriban davranılır.

D
Delderfield Lucy Mark
★★★★★

Mən Kipinä bağçasından çox məmnunam. Qızım burada xoşbəxtdir, müəllimlərin anlayışı və səbrli davranışı onu xoşbəxt edir. Xüsusilə qızıma individual yanaşmanın olması mənim üçün çox dəyərlidir. Təhlükəsiz, qayğıkeş və inkişaf yönümlü mühit yaratdıqları üçün bütün kollektivə təşəkkür edirəm.

S
Şahla Orucova
★★★★★

Günəşi bu bağçaya və müəllimlərə etibar etdiyim üçün doğru qərar verdiyimi başa düşürəm. Dərslərdə müəllimlərin yanaşması və uşaqların bir-birinə rəftarı çox xoşuma gəlir. Bütün heyət gülərüz və mehribandır.Yeməklər dadlı, təmizlik isə yüksək səviyyədədir.Kipinä çox gözəl bağçadır!

A
Aida Sadıxova
★★★★★

Bağça heyətinə belə bir mühit yaratdığı üçün təşəkkür etmək istəyirəm. Uşaqlar özlərini o qədər azad hiss edirlər ki, tərəddüd etmədən özlərini rahat ifadə edə bilirlər. Burada sevgi və xoşbəxtlik dolu bir atmosfer hiss olunur. Müəllimlərin uşaqlara olan diqqətli, nəzakətli və anlayışlı münasibətini xüsusi vurğulamaq istərdim. Belə qayğı üçün bütün komandaya təşəkkür edirəm.

N
Narmin Əhmədova

Müraciət Edin

Təşəkkür edirik! Tezliklə sizinlə əlaqə saxlayacağıq.

Övladınızın necə inkişaf etdiyini təxmin etməyə ehtiyac yoxdur-bunu hər gün görə bilərsiniz.

Kipinä valideyn tətbiqi (Parent App) vasitəsilə ailələr övladlarının məktəb həyatından hər zaman xəbərdar olurlar. Məqsəd daim nəzarət deyil, valideynlərə rahatlıq, etibar və əminlik hissi verməkdir.

Qlobal Kipinä şəbəkəsi

Kipinä dünyanın 13 ölkəsində 30-a yaxın təhsil mərkəzi ilə fəaliyyət göstərir.

Müraciət edin

İnfotur təyin edin