Kipinä Finlandiyanın Erkən Uşaqlıq Təhsili üzrə Milli Kurikulumunu əsas götürərək onu müxtəlif ölkələrin ehtiyaclarına uyğunlaşdıran aparıcı beynəlxalq məktəbəqədər təhsil brendidir.
Biz dünyanın onlarla ölkəsində məktəbəqədər təhsil müəssisələri istifadəyə vermiş, yüksək keyfiyyətli akademik proqrmlar, dərs planları, resurslar və vəsaitlər işləyib hazırlamış və Finlandiya modelinə əsaslanan tədris planı bazasını gündəlik tədris və təhsil prosesində tətbiq etməsi üçün yüzlərlə müəllimə təlim keçmişik.

İşə ən yaxşı tanıdığımız və dünyanın ən nüfuzlu təhsil sistemlərindən biri hesab olunan Finlandiyanın təhsil yanaşmasını əsas götürərək başladıq.. Daha sonra hökumət orqanları tərəfindən dərc edilmiş Finlandiya hökuməti tərəfindən təqdim olunan kurikulum çərçivəsini əsas götürərək müxtəlif yaş qrupları (0-6 yaş) üçün altı müfəssəl tədris planı və 200-dən çox həftəlik dərs planı hazırlayaraq təkmilləşdirdik və sınaqdan keçirdik.
Uşaqların inkişafını davamlı izləmək üçün məqsədyönlü tədris metodologiyasıvə 21-ci əsr bacarıqları (ünsiyyət, əməkdaşlıq, tənqidi təfəkkür və yaradıcılıq) əlavə edərək bu faktorları 250-dən çox bacarıq göstəricisi ilə birləşdirdik.
Kipinä hazırda 15 ölkədə məktəbəqədər təhsil müəssisəsi ilə fəaliyyət göstərir. Akademik proqramımız isə yeddi dildə əlçatandır.
