Kipinä-nın yanaşması, tədris proqramı və proqramları haqqında daha çox öyrənin
Kipinä digər kurikulum və təhsil yanaşmaları ilə uyğunlaşdırıla bilərmi?
Bəli. Kipinä hazırda 13 ölkədə və 7 dildə milli tədris proqramları ilə uyğun şəkildə fəaliyyət göstərir. Kipinä kampusları arasında International Baccalaureate (IB) proqramı və Cambridge Programme əsasında fəaliyyət göstərən K–12 məktəblərinin tərkibində yerləşən kampuslar da var. Finlandiyanın erkən uşaqlıq təhsili yanaşması hazırlanarkən müxtəlif tədris proqramları və pedaqoji yanaşmalar araşdırılmış, onların bir qismi isə bu yanaşmaya inteqrasiya edilmişdir. Bunlara Montessori və Reggio Emilia kimi fərqli təhsil yanaşmaları, həmçinin Kanada, ABŞ və Böyük Britaniyanın təhsil təcrübələri, eləcə də STEAM təhsili və xüsusi təhsil ehtiyacları sahəsində tətbiq olunan metodlar daxildir. Bundan əlavə, Kipinä Finlandiya kurikulumunu təkmilləşdirərək onu beynəlxalq təhsil standartları ilə tam uyğunlaşdırmış və uşaqların istənilən böyük məktəb mühitinə asanlıqla inteqrasiya olunmasını təmin etmişdir. Buna 21-ci əsr bacarıqlarının, icraedici funksiyaların (Executive Functioning) və məqsədyönlü təlim metodunun kurikuluma inteqrasiyası sayəsində nail olunmuşdur. Kipinä həmçinin uşaqların oxu, yazı və riyazi bacarıqlarının yerli təhsil standartlarına uyğun səviyyədə formalaşmasını təmin etmək üçün təlim nəticələrini hər bir ölkənin yerli standartları ilə uyğunlaşdırır.
Kipinä Montessori yanaşmasından nə ilə fərqlənir?
Finlandiya təhsil sistemi bütün dünyada qazandığı yüksək nüfuz ilə tanınır. Bununla belə, Finlandiyanın təhsil yanaşması təcrid olunmuş şəkildə formalaşmayıb. Əksinə, bu sistem Montessori, Reggio Emilia, Steiner, eləcə də ABŞ və Böyük Britaniyanın təhsil yanaşmaları daxil olmaqla müxtəlif pedaqoji modellərin ən uğurlu tərəflərindən faydalanaraq inkişaf etdirilib. Montessori yanaşması 100 ildən artıq əvvəl – hava nəqliyyatı, mobil telefonlar və internetdən çox əvvəl yaranmışdır. O, ilkin olaraq uşaqlarda gündəlik həyat bacarıqlarını inkişaf etdirmək məqsədilə hazırlanmışdı və bu fəlsəfə bu gün də qorunub saxlanılır. Həm Montessori, həm də Kipinä oyun əsaslı öyrənmə yanaşmasını tətbiq edir. Lakin hər iki yanaşmada oyunun təşkili fərqlidir. Montessori metodunda əvvəlcədən müəyyən edilmiş öyrənmə nəticələrinə nail olmaq üçün xüsusi hazırlanmış didaktik materiallardan istifadə olunur və uşaqlar çox vaxt fərdi şəkildə, “iş dövrləri” (work cycles) çərçivəsində fəaliyyət göstərirlər. Bu modeldə paylaşım və sosial qarşılıqlı əlaqə əsas prioritet hesab edilmir. Kipinä-də isə uşaqlar həm kiçik, həm də böyük qruplarda öyrənirlər. Bu yanaşma onların sosiallaşmasını, əməkdaşlıq, empatiya və komanda işi kimi yumşaq bacarıqlarının (soft skills) inkişafını təşviq edir. Müəllimlər uşaqları istiqamətləndirirlər, lakin diqqəti yalnız müəyyən nəticəyə yönəltmirlər. Bunun sayəsində uşaqlar yaradıcılıqlarını, spontan düşünmə bacarıqlarını və fərdi xüsusiyyətlərini sərbəst şəkildə inkişaf etdirə bilirlər. Kipinä təhsil prosesində əyləncəyə və təxəyyülə xüsusi önəm verir. Müəllim tərəfindən istiqamətləndirilən bu model müşahidə edilə bilən öyrənmə nəticələrinin əldə olunmasını təmin edir və uşaqların inkişafını yalnız sinifdə mövcud olan materiallarla məhdudlaşdırmır. Montessori adı müəllif hüquqları ilə qorunmur. Buna görə də valideynlərə Montessori adı altında təqdim olunan müəssisələrin keyfiyyəti və tətbiq etdikləri yanaşmalar arasında ciddi fərqlər mövcuddur. Bəziləri yüksək ixtisaslı müəllimlərə malik keyfiyyətli məktəbəqədər təhsil müəssisələri olsa da, digərlərinin orijinal Montessori fəlsəfəsi ilə çox az və ya heç bir əlaqəsi olmaya bilər. Kipinä isə özünəməxsus akademik proqramı və beynəlxalq səviyyədə qorunan ticarət nişanına malik bir brenddir. Kipinä məktəbəqədər təhsil müəssisələri mütəmadi olaraq auditdən keçirilir. Bu da valideynlərə gözlədikləri keyfiyyəti əldə edəcəklərinə əminlik verir, eyni zamanda tərəfdaşlara eksklüziv və hüquqi cəhətdən qorunan fəaliyyət əraziləri təqdim edir.
Kipinä tədris proqramı hansı yaş qruplarını əhatə edir?
Kipinä doğumdan 6 yaşadək olan uşaqlar üçün yaş xüsusiyyətlərinə uyğun hazırlanmış, mərhələli və ətraflı tədris proqramı təqdim edir. Bundan əlavə, bütün yaş qrupları üçün həftəlik dərs planları da təmin olunur. Kipinä şəbəkəsindəki bəzi körpələr evi və gündüz baxım mərkəzləri yalnız 2–4 yaşlı uşaqlarla işləyir, digərləri isə doğumdan 4 yaşadək olan uşaqları qəbul edir. Eyni şəkildə, bəzi Kipinä məktəbəqədər təhsil müəssisələri doğumdan 6 yaşadək olan uşaqlara xidmət göstərir, digərləri isə fəaliyyətlərini yalnız 2–6 yaşlı uşaqlara yönəldirlər.
Kipinä uşaqların tədrisində dərsliklərdən istifadə edirmi?
Kipinä-də biz inanırıq ki, öyrənməyin ən təsirli yolu təcrübə əsasında öyrənməkdir. Məsələn, siz yemək kitabındakı resepti oxumağa üstünlük verərdiniz, yoxsa peşəkar aşpazın rəhbərliyi ilə mətbəxdə həmin yeməyi hazırlamağa? Cavab aydındır. Kitab səhifəsindən öyrədilə bilən hər bir mövzu real həyatda, praktik fəaliyyət və toxunula bilən materiallar vasitəsilə daha səmərəli öyrədilə bilər. Bu yanaşma uşaqlarda daha dərin öyrənmə təcrübəsi yaradır və öyrəndiklərinin uzunmüddətli yaddaşda qalmasına kömək edir.
Məktəblərdə akademik rəqabət kifayət qədər yüksəkdir. Bəs Kipinä niyə uşaqlara daha çox iş vərəqi və yazılı tapşırıq vermir?
İş vərəqləri öyrənmənin ən sadə formalarından biridir və əsasən faktları xatırlamağa yönəlir. Halbuki təhsilin ən yüksək məqsədi uşaqların əldə etdikləri bilikləri praktikada tətbiq edə bilməsi, yenilikçi düşünməsi, yaradıcı və tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirməsidir. Biz inanırıq ki, hər bir valideyn övladının keçmiş əsrin tələblərinə deyil, 21-ci əsrin çağırışlarına hazır şəkildə böyüməsini istəyər. Məhz buna görə də Kipinä-də əsas diqqət sadəcə məlumat əzbərləməyə deyil, uşaqların düşünmə, araşdırma, problem həll etmə, əməkdaşlıq və real həyatda biliklərindən istifadə etmə bacarıqlarının inkişafına yönəldilir.
Niyə Kipinä-də “ev tapşırığı yoxdur” qaydası tətbiq olunur? Daha çox məşq etmək uşaqların daha yaxşı öyrənməsinə kömək etmirmi?
Uşaqlıq həyatda yalnız bir dəfə yaşanır. Gəlin onları vaxtından əvvəl böyütməyə çalışmayaq. Ev uşaqların sevgi, qayğı və ailə dəyərlərini öyrəndiyi ən vacib məkandır. Valideyn olaraq övladınızla birlikdə vaxt keçirin, onunla söhbət edin, oynayın, birlikdə yeni şeylər kəşf edin və ailənizin dəyərlərini paylaşın. İnanırıq ki, uşağınıza verə biləcəyiniz ən dəyərli "ev tapşırığı" məhz budur. Kipinä-də məqsədimiz uşaqların öyrənməyə olan təbii marağını və sevincini qorumaq, onu daha da gücləndirməkdir. Biz istəyirik ki, uşaqlar öyrənməyi bir vəzifə kimi deyil, zövq aldıqları və ömür boyu davam etdirəcəkləri bir proses kimi qəbul etsinlər.
Kipinä öyrənmə çətinliyi olan uşaqlarla işləyirmi?
Bəli. Kipinä-də biz hər bir uşağa fərdi yanaşır, onu olduğu inkişaf səviyyəsində qəbul edir və ən son elmi tədqiqatlar, öyrənməyə hərtərəfli yanaşmalar, keyfiyyətli tədris resursları, ilhamverici öyrənmə mühiti və balanslaşdırılmış tədris metodlarından istifadə etməklə hər bir uşağın öz potensialını tam reallaşdırmasına dəstək oluruq. Finlandiyanın təhsil modelində olduğu kimi, Kipinä də tam inklüziv təhsil siyasətini tətbiq edir. Bütün uşaqlar eyni proqram əsasında, xüsusi olaraq uşaqlar üçün hazırlanmış eyni təhsil mühitində birlikdə öyrənirlər. Hər bir uşağın fərdi ehtiyacları Focused Instruction (məqsədyönlü fərdi tədris) vaxtı ərzində qarşılanır, erkən müdaxilə tədbirləri isə həyata keçirilir və müəllimlər üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə davamlı olaraq izlənilir. Müəllimlər və müəllim köməkçiləri istiqamətləndirilmiş təlim (guided learning) üzrə xüsusi hazırlıq keçirlər. Onlar hər bir uşağın fərdi ehtiyaclarını, maraqlarını və bacarıqlarını nəzərə alaraq öyrənmə prosesini həmin xüsusiyyətlərə uyğun şəkildə istiqamətləndirirlər. Kipinä-nın bütün akademik rəhbərləri tərəfdaşımız olan Häme University of Applied Sciences tərəfindən təqdim edilən və xüsusi təhsil ehtiyacları üzrə modulu da əhatə edən akkreditə olunmuş liderlik proqramını uğurla tamamlayırlar. Bəzi hallarda uşağın ehtiyaclarından asılı olaraq əlavə dəstək mütəxəssislərinin və ya xüsusi tədris resurslarının cəlb edilməsi zəruri ola bilər. Belə hallarda bu məsələ valideynlər, müəllim və akademik rəhbərlə müzakirə olunur və qarşılıqlı razılıq əsasında həyata keçirilir.
Kipinä uşağın inkişafını necə qiymətləndirir?
Kipinä uşağın inkişafını doğumdan 6 yaşadək olan dövrü əhatə edən davamlı inkişaf çərçivəsi əsasında qiymətləndirir. Bunlar, savadlılıq, ünsiyyət və dil bacarıqları, münasibətlər və xarakter inkişafı, mədəni şüur və müxtəlifliyə hörmət, fiziki inkişaf və sağlam həyat tərzi, riyazi bacarıqlar və oyun vasitəsilə koqnitiv inkişaf olmaqla 6 sahədən ibarətdir. Bu inkişaf məqsədləri uşaqların yaşına uyğun inkişaf bacarıqları əsasında qiymətləndirilir. Uşağın yaşından asılı olaraq müəllimlər təxminən 70-dən 260-a qədər inkişaf göstəricisini mütəmadi şəkildə izləyir və qiymətləndirirlər. Finlandiya təhsil yanaşmasında olduğu kimi, Kipinä də öyrənmənin doğulduğu andan başladığına inanır. Ömürboyu davam edən öyrənmə sevgisini formalaşdırmaq üçün uşaqların bilik əldə etməyə həvəsləndirilməsi, çətinliklərin öhdəsindən gəlməyi öyrənməsi və yeni təcrübələrə inamla yanaşması dəstəklənir.
Uşağım yaşından böyük və ya kiçik yaş qrupuna qoşula bilərmi?
Uşaqlar siniflərə yalnız akademik bacarıqlarına əsasən deyil, həm də emosional və fiziki inkişaf səviyyələri nəzərə alınaraq yerləşdirilir. Bizim üçün əsas prioritet uşağınızın təhlükəsizliyini təmin etmək və onun öz potensialını tam reallaşdıra biləcəyi ən uyğun təhsil mühitində inkişaf etməsinə şərait yaratmaqdır. Əmin ola bilərsiniz ki, müəllimlərimiz hər bir uşaqla bütün inkişaf sahələri üzrə fərdi şəkildə işləyirlər. Bütün əməkdaşlarımız məqsədyönlü təlim və müsbət davranışın dəstəklənməsi metodları üzrə xüsusi təlim keçiblər ki, hər bir uşağın inkişafına ən səmərəli şəkildə dəstək göstərə bilsinlər.
Uşağım sürətlə inkişaf edərsə, başqa qrupa keçə bilərmi?
Bəli, bu mümkündür. Lakin bu, həmin qrupa boş yerlərin mövcudluğundan və uşağınızın bütün inkişaf sahələri üzrə göstərdiyi inkişaf səviyyəsindən asılıdır. Belə qərar akademik rəhbər, metodist və müəllim tərəfindən birgə qəbul edilir. Onlar müəllimin qiymətləndirmə qeydlərinə, müşahidələrinə və tətbiqdə toplanmış inkişaf məlumatlarına əsaslanaraq peşəkar və obyektiv qərar verirlər.
Uşağım nə vaxt oxumağı və yazmağı öyrənəcək?
Uşağınız hazır olduqda! Oxu və yazıya hazırlıq yalnız hərfləri tanımaqdan ibarət deyil. Bunun üçün uşağın emosiyalarını və hərəkətlərini idarə edə bilməsi, müəyyən müddət diqqətini cəmləyərək oturması, qələmi düzgün tutması, kitabla düzgün davranması, səsləri ayırd etmə bacarığını (fonemik şüur) inkişaf etdirməsi və söz ehtiyatının kifayət qədər zəngin olması vacibdir. Kipinä-də bu bacarıqlar uşağın doğulduğu andan etibarən mərhələli şəkildə inkişaf etdirilir və 3 yaşından başlayaraq sistemli şəkildə öyrədilməyə başlanılır. Beləliklə, hər bir uşaq oxuma və yazmağa öz fərdi inkişaf tempinə uyğun, hazır olduğu vaxt başlayır.
Uşağım daha akademik yönümlü tədris proqramı tətbiq edən ibtidai məktəbdə təhsilini davam etdirə biləcəkmi?
Bəli. Çünki uşaqlar təxminən 5 yaşına çatdıqda daha uzun müddət akademik fəaliyyətlə məşğul olmağa hazır olurlar. Kipinä isə onları bu mərhələyə əvvəlcədən hazırlayır. Proqram çərçivəsində akademik bacarıqlar uşaqlara erkən yaşlardan etibarən, onların inkişaf səviyyəsinə uyğun, qısa və yaşa uyğun fəaliyyətlər vasitəsilə mərhələli şəkildə təqdim olunur. Bu yanaşma sayəsində uşaqlar daha akademik yönümlü ibtidai məktəblərə keçid zamanı tələb olunan bilik və bacarıqlara hazır olurlar.
Əgər övladım K2 səviyyəsinə qədər oxuma və ya yazmaqda çətinlik çəkərsə, Kipinä onun bu bacarıqlarını inkişaf etdirmək üçün nə edəcək?
Kipinä öyrənmə prosesini maraqlı, əyləncəli və hərtərəfli şəkildə təşkil edir. Ənənəvi tədris üsulları ilə oxuma və yazmağa maraq göstərməyən uşaqlar Kipinä-da fərqli metodlarla, oyunlarla və müəllim tərəfindən istiqamətləndirilən fəaliyyətləri əhatə edən öyrənmə yanaşması vasitəsilə bu bacarıqları sevərək mənimsəyirlər. Bundan əlavə, Kipinä müəllimləri hər bir uşaqla fərdi şəkildə çalışaraq onların oxu və yazı bacarıqlarını inkişaf etdirmək, möhkəmləndirmək və potensiallarını tam reallaşdırmalarına dəstək göstərirlər.
Kipinä çox hərəkətli (aktiv) uşaqlarla necə işləyir və onların tədris proqramını uğurla izləməsinə necə dəstək olur?
Kipinä-nın öyrənmə mühiti bütün uşaqlar üçün, xüsusilə də çox hərəkətli və enerjili uşaqlar üçün xüsusi olaraq hazırlanmışdır. Burada uşaqlar təhlükəsiz, sərbəst və özlərinə inamla hərəkət edə bilirlər. Sinif otaqlarının rəng seçimi, dizaynı və təşkili uşaqlarda sakitlik hissi yaratmaqla yanaşı, onların marağını və öyrənməyə həvəsini artıracaq şəkildə planlaşdırılmışdır. Bu mühit uşaqların enerjisini sağlam istiqamətə yönəldərək onların təlim prosesində daha rahat və fəal iştirak etməsinə kömək edir.
Kipinä uşaqlarda xarakterin formalaşdırılmasına necə diqqət yetirir?
Kipinä-də uşaqların xarakter inkişafı təhsil prosesinin ayrılmaz hissəsidir. Hörmət, məsuliyyət, empatiya, şəfqət, xeyirxahlıq və əzmkarlıq Kipinä-nın əsas dəyərlərini təşkil edir. Müəllimlərimiz gün ərzində həyata keçirilən bütün fəaliyyətlər və gündəlik ünsiyyət vasitəsilə bu keyfiyyətlərin uşaqlarda formalaşmasına və möhkəmlənməsinə davamlı olaraq dəstək göstərirlər.
Müraciət Edin
✓
Təşəkkür edirik! Tezliklə sizinlə əlaqə saxlayacağıq.